Rubl son pillədə
Bizi izləyin

Ekopublika.az

Rubl son pillədə

Rus rublu dollara qarşı 7,2 faiz, avro isə 10,8 faiz güclənib. Hazırda Moskva birjasında 1 dollar 51 rubl, 1 avro isə 54 rubl təşkil edir. Bununla belə, rusiyalı ekspertlər rublun daha da möhkəmlənəcəyinə şübhə ilə yanaşırlar.

Publika.az xəbər verir ki, Mərkəzi Bank uçot stavkasını 17 faizdən 15 faizə endirib. Ondan sonra rubl dollara qarşı 27 faiz, avroya qarşı 32 faiz möhkəmlənib. Bir sıra agentliklərin proqnozlarına əsasən, neftin qiyməti 60 dollar olacağı halda rublun dollara qarşı orta məzənnəsi 57 rubl olacaq. “Danske Bank”ın ekspertləri isə hesab edirlər ki, 3 aydan sonra 1 dollar 60 rubl olacaq.

Nəzərə çatdıraq ki, dünya bazarında WTI markalı net 51,64, Brent markalı neft isə 58 dollar təşkil edir. O ki qaldı neftin ucuzlaşmasının hasilatçı ölkələrin milli valyutalarına təsirinə, ölkələrin özləri hasilat qiymətinin baha başa gəlmədiyini açıqlayırlar.

Rusiyanın özəl şirkəti olan “LUKoil”un vitse-prezidenti Leonid Fedun jurnalistlərə bildirib ki, hasil etdikləri neft 25 dollar səviyyəsində belə gəlirlidir. Onun sözlərinə görə, buna Rusiyanın mövcud vergi qanunvericiliyi şərait yaradır, çünki aşağı qiymətlər zamanı ixrac vergisi də minimuma enir.

Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin isə deyib ki, hasil etdikləri neft dünyanın ən ucuz neftləri sırasındadır – bareli 4 dollara başa gəlir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Qavar” (Ghawar) yatağında hasil edilən neftin maya dəyəri vaxtilə 1 dollar olub. Hazırda isə 2 dollardan çox deyil.

Azərbaycanın 1 N-li neft hasilatçısı “BP-Azərbaycan” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil etdiyi əmtəəlik xam neftin 1 barelinin qiyməti 5 dollardan bir qədər baha dəyərləndirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm