Rusiya çarəni kənd təsərrüfatında tapdı
Bizi izləyin

Ekopublika.az

Rusiya çarəni kənd təsərrüfatında tapdı

Rus xalqının millətçilik damarı yenidən tutub. İdxal qida məhsullarına etiraz edən rus xalqı əlini cibinə ancaq yerli məhsullar üçün atır.

Publika.az xəbər verir ki, Ukrayna böhranı səbəbindən Rusiyaya tətbiq olunan sanksiyalar və Kreml rəhbərliyinin Avropa Birliyindən qida idxalına embarqo qoyması əkinçilik sektorunun inkişaf etdirilməsini yenidən gündəmə gətirib:"Əvvəllər heç bir şeyimiz əskik deyildi. Çünki hər şeyi özümüz edirdik. Amma bu bitdi çünki xarici məhsulların zəbtinə uğradıq. Fermalar bomboş idi. Amma bu gün yenidən doğulduq".

Bununla belə ekspertlər hesab edir ki, infrastrukturun dağılması əkinçilik sektorunun əvvəlki günlərinə qayıtmasını mümkünsüz edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm