Özəl banklar kredit faizlərini artırıb
Bizi izləyin

Ekopublika.az

Özəl banklar kredit faizlərini artırıb

Son bir ilin əsas müzakirə mövzusu olan kredit faizlərinin aşağı salınması artıq nə Mərkəzi Bank, nə də banklar tərəfindən gündəmə gətirilmir. Halbuki ilin əvvəlində Mərkəzi Bank sədri kredit faizlərinin aşağı salınacağını deyirdilər. Hazırda isə banklarda ötən il minimum 14, maksimum 18 olan faiz dərəcələrinin 36 faizə qədər yüksəlməsi müşahidə edilir.

Publika.az vəziyyəti yaxından araşdırmaq məqsədilə banklar arasında sorğu keçiirib. Məlum olub ki, faizlər nəinki yüksəlib, ölkədə fəaliyyət göstərən 44 bankdan 7-si kreditləşməni yalnız manatla, 16-sı dollarla həyata keçirməkdədir. 14 bank isə ümumiyyətlə hər iki valyutada kredit verilməsini dayandırıb.

İlk əvvəl kredit portfelinin həcmi böyük olan “Accessbank”a müraciət etdik. Məlum oldu ki, bank nağd istehlak kredirlərini dollarla verir. Borcun məbləği 10 min dollara qədər müəyyənləşdirilib. Müddət 36 ay təşkil edir. Aylıq faiz dərəcəsi 2,08% - 2,42% -dir Kreditlər üzrə FİFD (faktiki illik faiz dərəcəsi) min 28,98% - max 38,2%-dir. Kredit rəsmiləşdirilərkən tutulan komissiya haqqı məbləğdən asılı olur. Girov tələb edilmir. Yeri gəlmişkən bank manatla kredit vermir.

“AG Bank” həm dollar, həm manat, həm də avro ilə istehlak krediti (mənzil, avtomobil, ev əşyalarının alınması, təmir işləri, turizm və digər ailə məqsədləri üçün) təqdim edir. Birdəfəlik haqq kredit məbləğinin hər il üçün 1% həcmində müəyyənləşdirilir. Faktiki illik % dərəcəsi (FİFD) 32.65% başlayır. Təminat kimi daşınan və daşınmaz əmlak, nağd vəsaiti, əmanətlər, zaminliklər, qızıl əşyaları çıxış edir.

“Azerturkbank” "HƏMKARIM” krediti adı altında Mərkəzi Bank, İpoteka Fondu, Maliyyə Monitorinq Xidməti və digər bankların əməkdaşları üçün kredit təklif edir. Ərizəçinin yaşı minumum 20 maksimum 55 olmalıdır.

Əmək haqqı tələbi minimum 300 manatdır. Bankın verdiyi kredit minimum 500, maksimum 15.000

AZN/USD dollar təşkil edir. İllik faiz dərəcəsi 12 ay üzrə 15%, 18 ay üzrə 16%, 24 ay üzrə 18%-dir.

FIFD – 18.8 – 24.4%, komissiya haqqı 2-3%-dir.

“Bank BTB” nağd kreditləri tibb və təhsil işçiləri, təqaüdçülər, özəl müəssisələrin əməkdaşları,

metropoliten əməkdaşları, dövlət müəssisələrinin əməkdaşları üçün nəzərdə tutur.

Tibb və təhsil işçiləri üçün nağd kreditin şərtlərinə nəzər yetirdikdə aydın oldu ki, kreditin minimum məbləği 300 AZN / USD, maksimum məbləğ 5000 AZN / 6300 USD –dır. Nominal faiz dərəcəsi 30-32 faizdir. Komissiya haqqına gəlincə, kreditin müddəti 3 - 12 ay olduqda 4% (min. 20 AZN / 25 USD) + 5 AZN / 7 USD, kreditin müddəti 13 - 24 ay olduqda 6% (min. 30 AZN / 40 USD) + 5 AZN / 7 USD, kreditin müddəti 25 - 36 ay olduqda 8% (min. 40 AZN / 50 USD) + 5 AZN / 7 USD təşkil edir.

“Bank of Baku” yeni müştərilərə nağd kredit təklif edir. Kreditin məbləği minimum 250 AZN, maksimum 1000 manatdır. 6 - 12 aylıq açılan kredit xətti üzrə illik faiz dərəcəsi 28-32%, faktiki illik faiz dərəcəsi

FİFD min. 48,94% - max. 50,72%-di. Tələb olunan sənədlər isə şəxsiyyət vəsiqəsi, iş yerindən və ya təqaüd haqqında arayış (və ya rəsmi gəlirləri təstiq edən digər sənədlər).

Manatla kredit yalnız bizdədir deyib reklam kampaniyası aparan “Expressbank” ın şərtləri, faizləri tələbə uyğun deyil. Kreditin şərtlərinə əsasən, maksimum məbləğ 10000 AZN –dir. Müddət 12-36 ay təşkil edir. Faiz dərəcəsi:illik maksimum 31%, FIFD (Faktiki İllik Faiz Dərəcəsi) - min. 30.1% - maks. 33%-dir.

Kreditin məbləği ərizəçinin xalis əmək haqqının 10 mislinədək olmalıdır. Bundan əlavə borcun məbləği 5000 AZN-dək olduqda zaminsiz və ya kreditin məbləği xalis əmək haqqının 7 mislinə (6000 AZN) qədər olduqda - illik faiz dərəcəsi +3 % lə zaminsiz verilə bilər Ərizəçi və zamindən tələb edilən sənədlər isə bunlardır:

şəxsiyyət vəsiqəsi,yaşayış yerindən arayış (tələb edildikdə), iş yerindən arayış (vəzifə, staj və əmək haqqı qeyd edilməklə) və ya gəlirin alternativ yolla təqsdiq edən sənəd.

“Azərbaycan Beynəlxalq Bankı” maksimum məbləğ 10 000 manatadək (əmək haqqının 10 mislinədək)

60 aya qədər manatla kredit xətti açır. Kreditin faiz dərəcəsi 36 ayadək 25%,

37 – 60 ayadək 26%-dir. FİFD 25.30%-dən başlayaraq müəyyən olunur. Kreditin təminatı kimi əmək haqqının üç mislindən və 3.000 manatdan yuxarı kreditlər üçün zamin tələb olunur.

Zaminin əmək haqqısı və ya pensiyası aylıq annuitet ödənişin 150 faizini təşkil etməlidir

Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər

Komisyon haqq 12 ayadək olan kreditlər üzrə 7.0%-dir. (minimal komisyon – 25 AZN)

Hər növbəti il üçün əlavə 1% (minimal komisyona 10 AZN əlavə) . Krediti hazırda işlədiyi müəssisədə iş stajı ən azı 6 ay olan əməkdaşlar ala bilər. Borcalan üçün şəxsiyyəti təsdiq edən sənəd,

iş yerindən arayış və ya rəsmi gəlirləri təstiq edən digər sənədlər (əmək haqqı və iş stajı qeyd olunmaqla) tələb olunur. Zamin üçün şəxsiyyəti təsdiq edən sənəd, eləcə də iş yerindən arayış və ya rəsmi gəlirləri təstiq edən digər sənədlər istənilir.

Milli valyuta ilə kredit verən “Rabitəbank”ın faizləri isə bir qədər insaflıdır. Bankın nağd kredit şərtlərinə əsasən, borc 10 000 manatadək, faiz dərəcəsi yeni müştərilərə 28 %, təkrar müştərilərə 26 %, müddət

3 - 24 aydır. Kredit üzrə FİFD 32%-34%-dir. Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi və iş yerindən arayışdır.

Göründüyü kimi kreditlər üzrə faizlər artıq 3-dan başlayır. Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, manatın yumşalmasından sonra verilən kreditlərin həcmində, o cümlədən faiz dərəcələrində müəyyən dəyişikliklər baş verib: “Kommersiya bankları artıq böyük həcimli kredit verməkdə maraqlı deyillər. Əksər banklarda istehlak kreditlərinin məbləği azaldılıb. Bu da kommersiya banklarının özlərini sığortalamaq istəkləri ilə bağlıdır. Kredit faizlərində də dəyişikliklər var. Manatla kreditlərin faiz dərəcələrində artım var. Eləcə də komissiya haqları da artırılıb. Bu da ümumi faiz dərəcəsinin artımına gətirib çıxarıb”.

İqtisadçının sözlərinə görə, dollarla verilən kreditlərdə faiz dəyişikliğyi yoxdur: “Manatla kredit faizlərini artırmaqla banklar əhalinin dollarla kredit götürməsini hədəfləyirlər. Növbəti dövrdə faizlər daha çox manatın məzənnəsinin stabilliyindən asılı olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm