Neftdən qazananlar və itirənlər - İNFOQRAFİKA
Bizi izləyin

Ekopublika.az

Neftdən qazananlar və itirənlər - İNFOQRAFİKA

Neftin qiymətinin düşməsindən ən böyük gəliri Asiya ölkələri götürüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi yayıb.

Agentliyin məlumatına görə, Asiya ölkələri neftin qiymətinin ucuzlaşmasından 393 milyard dollar gəlir əldə ediblər. Avropa ölkələri və ABŞ da ən çox gəlir götürənlər siyahısındadır. Köhnə qitə dövlətləri hazırkı vəziyyət sayəsində büdcələrinə 300 milyard dollar, Vaşinqton isə 180 milyard dollar qənaət edir.

Neft qiymətinin ucuzlaşmasından ən çox itirən dövlətlərin siyahısı isə belədir:

1. Yaxın Şərq ölkələri – 357 milyard dollar;

2. Şimali Afrika ölkələri – 62 milyard dollar;

3. Rusiya və Mərkəzi Asiya ölkələri – 218 milyard dollar;

4. Latın Amerikası ölkələri – 60 milyard dollar;

5. Norveç – 53 milyard dollar;

6. Kanada – 40 milyard dollar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm