Turizm potensialımız Vaşinqtonun Səyahət və Məcaralar Sərgisində nümayiş olunub
Bizi izləyin

Ekopublika.az

Turizm potensialımız Vaşinqtonun Səyahət və Məcaralar Sərgisində nümayiş olunub

Fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən çox iştirakçının qatıldığı 10-cu Səyahət və Məcaralar Sərgisində Azərbaycanın turizm potensialı "Azərbaycan Möcüzələri" ("Wonders of Azerbaijan") layihəsi çərçivəsində nümayiş etdirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, yerli turizm mütəxəssislərini bir araya gətirən "Azərbaycan Möcüzələri" layihəsi ABŞ ictimaiyyəti arasında Azərbaycana turizmi təşviq etmək və ABŞ-ın turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında Azərbaycana müxtəlif istiqamətlər üzrə səyahət paketlərini təklif etmək məqsədilə yaradılıb.

"Azərbaycan - Odlar Yurdu, Tolerantlıq Diyarı" başlığı altında Azərbaycanın Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş sərgi stendində yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğunu, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıblar.

Bu vaxta qədər yerli turizm şirkətləri "Azərbaycan Möcüzələri" layihəsi çərçivəsində Çikaqo, Los Anceles və Vaşinqton şəhərlərində keçirilmiş sərgilərdə iştirak edib. Tədbir təşkilatçılarının bildirdiyinə görə, bu şəhərlərdə keçirilmiş səyahət sərgiləri iştirakçıların sayı baxımından ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm