BTC ilə türkmən neftinin nəqli artıb
Bizi izləyin

Ekopublika.az

BTC ilə türkmən neftinin nəqli artıb

Yanvar ayında BTC ilə türkmən neftinin nəqli keçən ilin yanvar ayının 196.4 min ton neftinə qarşı 488.3 min ton təşkil edib. Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2013-cü ildə BTC ilə 2012-ci ilin 3.1 milyon ton türkmən neftinə qarşı 3.3 milyon ton türkmən nefti nəql edilib. BTC ilə türkmən neftinin nəqli Türkmənistanda neft hasilatı ilə məşğul olan "Dragon Oil" şirkəti ilə "SOCAR Trading" arasındakı müqavilə çərçivəsində aparılır.

"SOCAR Trading" nefti Türkmənistanda istehsalçıdan alaraq Xəzər dənizi vasitəsilə Səngəçal terminalına çatdırır. Daha sonra isə "BTC Co" şirkəti nefti kəmər ilə Ceyhan limanına nəql edir və "SOCAR Trading"ə təhvil verir.

Qeyd edək ki,türkmən neftinin BTC ilə nəqlinə 2010-ci ilin iyununda başlanıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm