Ölkəyə avtomobil idxalı azalıb
Bizi izləyin

Ekopublika.az

Ölkəyə avtomobil idxalı azalıb

Maşın bazarı çöküş yaşayır

Maşın bazarı çöküş yaşayır

Bu ilin yanvar ayında Azərbaycana cəmi 6 477 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə gətirilən 9,1% azalma deməkdir. Belə çıxır ki, Azərbaycana avtomobil idxalı azalıb.

Publika.Az banker.az –a istinadən bildirir ki, azalmanın basilica səbəbi ölkədə avtomobil kreditlərinə qoyulan qadağadır: “Bank mütəxəssisləri də deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb. Buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib”.

O ki qaldı Mərkəzi Bankdan gələn razılıq əsasında bankların avtomobil kreditlərini yeni şərtlər əsasında verməsinə banker.az ekspertləri yeni şərtləri açıqlayırlar: “Yeni şərtlərə əsasən, banklar öz vəsaitlərini yeni avtomobilllər üçün – ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək. 1 ildən çox sürülmüş avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % -dərəcəsi ilə ödəməlidir. Bundan başqa müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Bəs avtomobil kreditinə məhdudiyyətin qoyulması Azərbaycanın avtomobil bazarına necə təsir göstərəcək? Əlbəttə, bunun mənfi cəhətləri olduğu kimi , müsbət cəhətləri də az deyil. Mənfi cəhətlərdən biri budur ki, maşın bazarında durğun vəziyyət olacaq, alıcılar bazardan əliboş dönməli olacaqlar.

Qərarın Azərbaycanın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi bəllidir. Amma yeni qərarın müsbət cəhətləri də az deyil. Maraqlıdır ki, avtomobil kreditlərinə məhdudiyyətin qoyulmasını bəzi ekspertlər paytaxtdakı tıxaclarla əlaqələndirirlər. Bəziləri isə deyir ki, bu qanun avtomobillərin qiymətlərinin enməsinə səbəb olacaq. Məncə, bu qərar həqiqətən də ölkədə hökm sürən tıxacları devirsə daha yaxşı olmazmı? Mütəxəssislər deyir ki, yaranan vəziyyət maşın bazarında durğun vəziyyəti daha da gərginləşdirib: “Yeni şərtlərin mənfi təsiri daha çox təkrar bazarda özünü göstərir. Bu şərtlərlə borclanmaqdansa nəğd alış verişi sərfəli sayan alıcılar bazardan əliboş dönməli olurlar. Maşın bazarını araşdıran iqtisadçılar da nikbin proqnozlar vermir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm