Bakıda qanunsuz reklamların yayımı dayandırıldı
Bizi izləyin

Ekopublika.az

Bakıda qanunsuz reklamların yayımı dayandırıldı

Bakıda qanunsuz reklamların yayımı dayandırılıb.

Bakıda qanunsuz reklamların yayımı dayandırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Musayev Səid Fərhad oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 54, mənzil 4 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Səid Musayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm