Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək
Bizi izləyin

Ekopublika.az

Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək

Martın 4-də Serbiyada Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

Martın 4-də Serbiyada Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda Komissiyanın 2-ci iclasından ötən dövrdə görülmüş işlər, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm