Büdcədə 80 milyon manat profisit yaranıb
Bizi izləyin

Ekopublika.az

Büdcədə 80 milyon manat profisit yaranıb

İlin əvvəlindən büdcənin icrasında 80,1 milyon manat profisit yaranıb. Bu da ümumi daxili məhsulun 1,1 faizini təşkil edib.

Publika.az xəbər verir ki, yanvar-fevral aylarında dovlət budcəsinə 2,8 milyard manat vəsait daxil olub. Budcədən muxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 2,7 milyard manat xərclənib.

Fiziki şəxslərin gəlir vergisinin büdcədə payı 165,0 milyon manat, huquqi şəxslərin mənfəət (gəlir) vergisi 366,3 milyon manat, əmlak vergisi 22,8 milyon manat, əlavə dəyər vergisi 469,2 milyon manat, Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 77,3 milyon manat, digər daxilolmalar 1488,6 milyon manat olub.

Büdcədən xərclənən vəsaitlərdə ümumi dövlət xidmətləri üzrə xərclər 153,9 milyon manat təşkil edib. 30,0 milyon manat beynəlxalq təşkilatlara üzvlük haqqı ödənilib. Təhsil sektoruna büdcədən 140,2 milyon manat, səhiyyəyə 60,6 milyon manat, sosial müdafiə və sosial təminata 359,1 milyon manat yönəldilib.

Büdcə vəsaitlərinin 1,4 milyard manatı (53,7 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm