Dərman bazarı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Dərman bazarı ilə bağlı AÇIQLAMA

Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrninin qiymətləri Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Taarif Şurasının dərman peraparatlarının qiymətini tənizmlənməsinə başlaması sözügedən bazarda müşahidə edilən yüksək və daha çox süni xarakter daşıyan qiymətlərlə bağlıdır.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyili yüksəkdir. Belə ki, oxşar dərman peraparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir: “Bizdə qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalmaqdadır.Ölkə Prezidentinin ötən müşavirədə dərmanların qiymətinin yüksək olduğunu qeyd etməklə tapşırıqlarını verməsi əslində sözügedən bazarda qiymətlərin tənzimlənməsini vacibliyini bir daha gündəmə gətirmişdi. Praktik olaraq, dərman bazarındakı süni qiymətlərin inzibati tənzimlənməsinə ehtiyac var idi”.

O ki qaldı qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsinin nəyi dəyişəcəyinə, iqtisadçı bildirir ki, əslində, bu dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir: “Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil bazar iqtisdiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati təzimlənmənin müsbət tərəfi ondadır ki, bu bazarda qiymət artımlarının qarşısını alacaq. Bununla yanaşı, qiymət tənizmlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olamqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman pereparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var. Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. Qiymət tənizmlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsinə, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asıllığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq. Bununla da, inzibatı tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm