• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran Ankaranın qaz təklifini rədd etdi

İran Ankaranın qaz təklifini rədd etdi

İran Ankaranın güzəşt əvəzinə qaz tədarükünü iki dəfə artırmaq təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “Hüriyyet” Türkiyənin Energetika Nazirliyindəki mənbəyə istinadən bildirib. Mənbə deyib ki, Tehran mövcud müqavilə üzrə qazın qiymətlərində güzəşt etməkdən imtina edib. Eyni zamanda, İran güzəşt ilə daha 10 milyard kub metr qaz ixrac etmək təklifini qəbuledilməz sayıb.

Xatırladaq ki, İran 2001-ci ildən Türkiyəyə qaz ixrac edir. Ölkə ildə 10 milyard kub metr qaz ixracı ilə Rusiyadan sonra ikinci qaz tədarükçüsüdür. İran qazının qiyməti rəsmən açıqlanmır. Ancaq KİV-in məlumatına görə, İran qazının qiyməti Rusiya və Azərbaycan qazından bahadır. 2015-ci ilin fevralında beynəlxalq arbitraj məhkəməsi Türkiyənin İrana qarşı iddiası üzrə prosesə başlayıb. Türkiyə İran qazının qiymətinin 25% azaldılmasını tələb edir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR