I Avropa Oyunları ölkəyə xarici investisiyalar cəlb edəcək - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

I Avropa Oyunları ölkəyə xarici investisiyalar cəlb edəcək - AÇIQLAMA

“Azərbaycan I Avropa Oyunlarını təşkil etməklə bütün dünyada təbliğ olunacaq”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov bildirib. O qeyd edib ki, I Avropa oyunlarından Azərbaycanın qazancı yalnız bilet satışında olmayacaq: “Bilet satışından əlavə, oyunların 100-dən artıq ölkəyə yayımlanmasından, yarışlar zamanı efirə veriləcək reklamlardan kifayət qədər vəsait əldə ediləcək. Hələ biz ölkəyə gələcək və yarışları burada izləyəcək turistlərin xərcləyəcəyi vəsaitləri demirik. Turistlər isə artıq indidən Bakı küçələrində gözə dəyirlər”.

I Avropa Oyunlarından ölkəmizin əldə edəcəyi dolayı dividentlərə gəldikdə, iqtisadçı deyir ki, Azərbaycan bütün dünyada təbliğ olunacaq: “Yarışlar dünyanın 100-dən artıq ölkəsinə yayımlanacaq və onları bir milyarda qədər insan izləyə biləcək. Unutmayaq ki, dünyanın aparıcı kompaniyaları hər il adi məhsulların reklamına bizim dövlətin bu yarışların keçirilməsinə sərf etdiyi vəsaitlərdən 6-7 dəfə çox vəsait sərf edirlər. Bu oyunlar Azərbaycan həqiqətlərini bütün dünyaya yayacaq ki, bu da ölkəmizə yeni-yeni investisiyalar və turist axınını stimullaşdıracaq”.

F.Yusifov bildirir ki, I Avropa Oyunlarında 2012-ci ilin London Olimpiadasında iştirak edən idmançıların 2/3-si qədər, 2014-cü ilin Soçi olimpiadasında iştirak edən idmançılardan 2 dəfə çox idmançı iştirak edəcək: “Təkcə bu fakt Bakı 2015-in miqyası barədə aydın təsəvvürlər yaradır”.

Ölkənin yarışlardan nə qədər gəlir əldə edəcəyinə gəlincə, iqtisadçı-ekspert bu barədə konkret rəqəm səsləndirməyin çətin olduğunu bildirdi: “Məsələn, yarışların 100-dən artıq ölkəyə yayımlanmasını nəzərə alsaq, hər ölkə ilə bir başqa şərtlərlə müqavilə bağlana bilər. Ona görə əldə olunan vəsaitin məbləği yalnız sonda bəlli olacaq. Bunu da təşkilat komitəsi bəyan edəcək”.

Eyni zamanda, Oyunlar vasitəsilə Azərbaycan həqiqətlərini görən iş adamları gələcəkdə vəsait yatırmağın nə qədər real ola biləcəyini araşdırmağa başlayacaqlar: “Heç şübhə yoxdur ki, sonda hər hansısa bir sahəyə vəsait yatırmaq qərarı verəcəklər. Səyahət etməyi sevən milyonlarla insan, ölkəmizin gözəl təbiətini, Azərbaycanda yaradılmış turizm infrastrukturunun hansı səviyyədə qurulduğunu görüb bura gəlmək seçimi edəcəklər. Bütün bunlar sonda ölkəmizdə həm iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına və həm də turizmin inkişafına ciddi təkan verəcək. Bir həqiqəti qəbul etmək lazımdır ki, müasir dünyada reklam, yəni təbliğat ən güclü silah rolunu oynayır. Etiraf etməliyik ki, son illərdə bu sahədə Azərbaycan hakimiyyəti çox işlər görür. Ancaq bizi və bizim həqiqətlərimizi dünyada hələ hamı yaxından tanımır. Ona görə də bizə verilmiş bu şansdan məmləkətimizin reklam edilməsi, onun həqiqətlərinin bütün dünyaya olduğu kimi çatdırılması məqsədləri üçün maksimum istifadə etməliyik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm