• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

SOCAR qaz hasilatını azaldıb

SOCAR qaz hasilatını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-mart aylarında 1,67 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (təqribən 2 milyard kubmetr) 16,4 faiz azdır.

Publika.az-ın məlumatına görə, ARDNŞ 2014-cü ildə 7,22 milyard kubmetr, 2013-ci ildə isə 7,31 milyard kubmetr qaz hasil edib.

Şirkətin məlumatına görə, Azərbaycanda yanvar-mart aylarında ümumilikdə təqribən 7,41 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən (7,7 milyard kubmetr) 3,4 faiz azdır.

Ümumilikdə 2014-cü ildə Azərbaycanda 29,62 milyard kubmetr qaz hasil edilib. 2013-ci ildə bu göstərici 30,78 milyard kubmetr olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR