Azərbaycanda 37 çoxmərtəbəli binaya qaz verilib
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda 37 çoxmərtəbəli binaya qaz verilib

2014-cü ilin yanvar-fevral aylarında 37 çoxmərtəbəli binaya qazın açılması təmin olunub.

2014-cü ilin yanvar-fevral aylarında 37 çoxmərtəbəli binaya qazın açılması təmin olunub.

Publika.az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Görülmüş işlərin nəticəsidir ki, Birlik 2014-cü ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5091 mənzil var.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm