Ceyhan limanından xam neft ixracı azalıb
Bizi izləyin

Ekopublika.az

Ceyhan limanından xam neft ixracı azalıb

Dövlət Neft Şirkəti bu ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib.

Publika.az xəbər verir ki, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac edilib.

İxrac edilən neft məhsullarının həcminə gəlincə, aprel ayında 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac olunub. Ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 min 141 ton dizel yanacağı, 87 min 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. Aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm