"Bakcell" yeni xidmətini təklif etdi
Bizi izləyin

Ekopublika.az

"Bakcell" yeni xidmətini təklif etdi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" özünün 4-cü Sür@ brendinin -4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib.

Publika.az-ın məlumatına görə, bunu şirkətin baş icraçı direktoru Riçard Şirer bəyan edib. O bildirib ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub: "4G xidməti sayəsində "Bakcell" abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə bilir.Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra abunəçilərimiz "Bakcell" in bazarda ən yüksək keyfiyyətə malik, ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır. LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır".

R.Şirer onu da qeyd edib ki, "Bakcell" brendlərinin qiymətlərində dəyişiklik olmayıb. O eyni zamanda bildirib ki, qonşu Türkiyədə, İranda, Ukraynada 4G yoxdur.

Məlum olub ki, "Bakcell" şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə edə biləcəklər: "İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq. Lakin bizim planlarımıza bu şəbəkənin sürətlə genişləndirilməsi daxildir. Şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir".

R.Şirer həmçinin deyib ki, "Bakcell" bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatordur. Smartfon istifadəçiləri təklif olunan müxtəlif variantlardan birini seçə bilər. Bunlardan da ən əlverişlisi ayda cəmi 10 manat 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır.

Yeri gəlmişkən, noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün "Bakcell" şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Planşet istifadəçilərinə gəlincə, onlar da əlverişli təklifdən faydalana bilərlər. Belə ki, bu istifadəçilər ayda 15 AZN ödəməklə 10 GB həcmində 4G mobil internet, o cümlədən pulsuz 4G SİM kart əldə edə bilərlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm