"Türk axını" üçün Ədirnədə torpaq sahəsi ayrılıb
Bizi izləyin

Ekopublika.az

"Türk axını" üçün Ədirnədə torpaq sahəsi ayrılıb

"Türk axını" qaz xəttinin çıxış nöqtəsi hesab edilən Türkiyənin Ədirnə vilayətində boru kəmərinin inşası üçün təqribən iki min hektar torpaq sahəsi ayırılıb. Bu barədəTrend-ə vilayətin valisi Dursun Əli Şahin məlumat verib.

Onun sözlərinə görə, hazırda valilik Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin sərəncamını gözləyir.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz xəttinin dəniz sahəsinin tikintisinə başlaması barədə məlumat verib. "Türk axını" layihəsi Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz tədarükünü nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm