Azərbaycan-Vyetnam biznes-forumu keçirilib
Bizi izləyin

Ekopublika.az

Azərbaycan-Vyetnam biznes-forumu keçirilib

Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Biznes-forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm