Dərnəgüldə tikinti bazarı bağlanır – SƏBƏB
Bizi izləyin

Ekopublika.az

Dərnəgüldə tikinti bazarı bağlanır – SƏBƏB

Bakının tikinti materialları satılan Dərnəgül bazarı bağlanır. İyunun 1-dən etibarən Avropa Oyunlarına görə topdansatış mərkəzləri fəaliyyətini dayandıracaq.

Axar.az-a verilən məlumata görə, sahibkarlar müvəqqəti olaraq işlərini ayrı ərazidə davam etdirəcək. Onlara tövsiyə olunub ki, yarış günlərində şəhərin bu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət yaranmasın deyə, bazar işini dayandırsın. Bu addımın Dərnəgül bazarının alıcıların tikinti materialları üçün ən çox müraciət etdiyi yer olduğu üçün atıldığı bildirilir. İyunun 12-dən başlayacaq I Avropa Oyunları ayın 28-də yekunlaşacaq. Ondan sonra yenidən bazar fəaliyyətini bərpa edəcək. Qeyd edək ki, yarışmaya görə şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilir, abadlıq işləri həyata keçirilib, yarışmanın keçiriləcəyi ərazilərdə nəqliyyatın işi sahmana salınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm