Ekopublika.az
Mənzil bazarında qiymət artımı gözlənilmir – AÇIQLAMA
“2014-cü lin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama yayanda bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağını iddia edirdilər. Lakin ötən müddətdə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir”.
Publika.az-ın məlumatına görə bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, aprel ayının yekunları mənzillərin qiymətinin 8 faizə yaxın azaldığını göstərir: “Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir”.
O ki qaldı növbəti aylarda qiymətlərin necə dəyişəcəyinə, iqtisadçı bildirir ki, azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır: “Əvəlla, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir. Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diqtə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir.
İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər.
Üçüncüsü, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb. Dördüncüsü, neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub. Nəhayət, Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olub. Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir”.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!