“Bu yarışların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil”
Bizi izləyin

Ekopublika.az

“Bu yarışların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil”

“I Avropa Oyunları ölkənin beynəlxalq imici, ryni zamanda iqtisadiyyatın daha da inkişafı baxımından böyük rol oynayacaq”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, yarışların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil: “Azərbaycan bu Oyunları qəbul etməyə layiq ölkədir. Azərbaycanda idman infrastrukturunun yaradılmasına çox böyük diqqət yetirilir. 40-a yaxın Olimpiya stadionu tikilib. Təkcə Bakıda yox, eyni zamanda, respublikanın bütün bölgələrində idman arenalarına rast gəlmək olar. Bütün bunlar da idmanın kütləviliyinin artırılmasına xidmət edir. Hətta dünyada böhran olmasına baxmayaraq, Azərbaycanın bütövlükdə inkişaf tempinin sürətlə davam etməsi bu cür mötəbər idman yarışının ölkəmizdə keçirilməsinə əsas yaradır”.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinin olduğunu deyən G.Məmmədova bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsinin həm bizim, həm də Avropa üçün böyük əhəmiyyəti var.

O oyunların turizmin eləcə də digər sahələrin inkişafında oynayacağı rola da toxunub. Bildirib ki, turizmin inkişafı bir sıra sektorlara stimul verəcək. Azərbaycana investisiya qoyluşaları artacaq: “Bu da yeni iş yerləri, əhalinin güzəranının daha da yaxşılaşması deməkdir”.

Millət vəkili deyib ki, oyunların keçirilməsi üçün qurulan infrastruktur gələcək də ölkə gənclərinə xidmət edəcək: “Bütün bu stadionlar, reallaşdırılan layihələr uzun illər Azərbaycan xalqına xidmət edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm