Vergi orqanlarına 9 028 müraciət daxil olub
Bizi izləyin

Ekopublika.az

Vergi orqanlarına 9 028 müraciət daxil olub

Bu ilin aprel ayı ərzində Azərbaycanda vergi orqanlarına cəmi 9 028 müraciət daxil olub ki, onlardan da 97,4%-i ərizə, 2,5%-i şikayətdir.

Publika.az Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinə istinadən xəbər verir ki, müraciətlərin 42,1%-i kameral vergi yoxlamaları, 29.6.%-i müxtəlif arayışların alınması, 8,2%-i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,4%-i operativ vergi nəzarəti, 0.5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 16,2%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 64,1%-i müsbət həll olunub, 19,2%-i üzrə müvafiq izahatlar verilib, 2,7%-i əsassız sayılıb, 0,7%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilmiş, 12,7%-i icradadır.

Hesabat dövründə Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub. Bu ilin aprel ayı ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 133 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm