“İpək yolu” nəqliyyat dəhlizi ilə bağlı statistika bəlli oldu
Bizi izləyin

Ekopublika.az

“İpək yolu” nəqliyyat dəhlizi ilə bağlı statistika bəlli oldu

Cari ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük, 80,9 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox sərnişin daşınıb.

Publika.az xəbər verir ki, dəhlizdə daşınmış yüklərin 54,7 faizi avtomobil, 31,4 faizi dəmir yolu, 13,9 faizi dəniz nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınıb. Daşınmış yüklərin 19,9 faizini və ya 2,7 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 130,7 milyon manat, sərnişin daşınmasından isə 30,0 milyon manat gəlir əldə olunub. Müvafiq olaraq 9,1 faiz və 14,6 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm