İcarə qiymətləri niyə düşüb?
Bizi izləyin

Ekopublika.az

İcarə qiymətləri niyə düşüb?

Aprel ayı ərzində qeyri-yaşayış sahələri bazarında mart ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması müşahidə olunub.

Publika.az –a bu barədə "MBA Consulting Group"un analitik qrupu tərəfindən xəbər verilib. Bildirilib ki, buna əsas səbəb kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsidir: “Ümumilikdə, cari ildə son aprel ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib. Ölkədə baş verən son iqtisadi proseslərin təsiri nəticəsində daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında ötən aya nisbətən bir qədər də azalma olub. Müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qеyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa еdilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində -2.8% azalaraq 182 ədəddən 177 ədədə qalxıb”.

Ekspertlər deyir ki, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 53.3%-lə “boş yer” təyinatlı sahələr malikdir:”Bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 18.3% və 16.6% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 10.0%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər isə ümumi payın 1.8% -ni təşkil edir. Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 194.24 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən -17.8% azalıb. Sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Xətai rayonunda, Xətai metro stansiyası yaxınlığında “ofis” təyinatlı sahə qeydə alınıb, 4000 kv.m. Ən az sahəyə isə Yasamal rayonunda, “Nizami” m/st yaxınlığında 11 kv.m sahəyə malik olan “boş yer” qeydə alınıb. Aprel ayı ərzində Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq -3.47% və -3.83% qiymət azalması qеydə alınıb. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərib.

Ekspozisiya müddəti 188 gündən artaraq 199 gün bəndində qərarlaşıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indеksində azalma -16.9%, ötən ayla müqayisədə isə qiymət indеksində azalma -3.4% olub”.

Məlum olur ki, Bakı şəhəri üzrə 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) martda qеydə alınan 3935 ABŞ dollarından 3792 dollara enib. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən ayla müqayisədə -3.63% təşkil еdib. Qеyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq ayında qеydə alınmış nəticədən 10.97% çox olub:” Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərib.

Azalma hər bir zona üzrə müşahidə edilib. Müvafiq olaraq -4.34%, -3.59%, -3.63% və -0.84%. Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında orta qiymətlərdə ən çox qiymət artımı Nərimanov rayonunda (6.0%) qeydə alınıb. Ən çox qiymət azalması isə Nəsimi rayonunda (-3.0%) müşahidə olunub. Description: http://mbagroup.az/images/downloads/a06acdaf0f0c1dea5a34f2c6a3dfd1f6.JPG

Zonalar üzrə obyektlərin icarə qiymətləri USD məzənnəsi ilə -3.83% azalaraq 13.8 kv.m/manat bəndində qərarlaşıb.

Description: http://mbagroup.az/images/downloads/da9f77008ed37f7b07390c2717bb0416.JPG

Description: http://mbagroup.az/images/downloads/bff5129ec5e53cb561c458901d76653b.JPG

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm