Avropa Oyunlarına qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib
Bizi izləyin

Ekopublika.az

Avropa Oyunlarına qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib

“Qısa müddətdə bütün infrastruktur hazırlanaraq Avropa Oyunlarının açılış gününü gözləyir. Bu idman yarışları hər bir vətəndaş üçün qürurdur”.

Bunu Publika.az-a açıqlamasında Millət vəkili Azər Badamov bildirib. O, qeyd edib ki, yarışlara qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib: “Bu da onu göstərir ki, Oyunlar qurtarandan sonra da qurulmuş arenalar, təhlükəsizlik və nəqliyyat sistemləri Azərbaycan xalqına xidmət edəcək”.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanda turizm potensialının artmasına da xidmət edəcək: “Bir növ Azərbaycanı dünyada tanıtmaq istiqamətində böyük rolu olacaq. Proqnoza görə, hər bir turist 1 həftə ərzində min dollar xərcləyəcək. Bunu ölkə iqtisadiyyatına yönəlmiş resurs kimi başa düşmək olar. Xərcləmələrin manatın məzənnəsinin sabitləşməsində də böyük rolu olacaq. Hər bir turist özü ilə bərabər potensial turist də gətirəcək. Ölkəmizi tanıyacaqlar və turizm sektoru daha da inkişaf edəcək. Bildiyimiz kimi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir. Qeyri-neft sektorunda əsas yeri turizm tutur. Avropa Oyunlarından sonra da xırda və orta sahibkarlıq mühitinin formalaşması üçün geniş imkan yaranacaq”.

Deputat qeyd edib ki, Azərbaycan ərazicə kiçik olsa da, iqtisadi uğurlarına görə dünyada ən güclü dövlətlərin arasındadır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm