Binanın yanması mənzillərin qiymətini azaltmayacaq
Bizi izləyin

Ekopublika.az

Binanın yanması mənzillərin qiymətini azaltmayacaq

“Bu günə kimi mənzil bazarında baş verənlərdən belə nəticəyə gəlmək olar ki, orta qiymət 2014-cü ilin pik həddindən indiyə qədər dollarla ifadədə orta hesabla 30% ucuzlaşıb”.

Bunu Publika.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib. O qeyd edib ki, iqtisadi reallıqları nəzərə aldıqda ucuzlaşmanın 40%-dən çox olmayacağı gözlənilir: “Yəni maksimum götürdükdə qiymət bundan sonra indiki səviyyədən (yəni 30% düşəndən sonra) 15% düşə bilər. Bu halda pik həddən enmə 40% təşkil edəcək”.

Onun sözlərinə görə, sonuncu qiymət piki 2014-cü ilin ortalarında olub: "Payızdan qiymətlər düşməyə başlayıb. Həmin vaxtdan devalvasiya anına qədər dollar (eləcədə manat) ifadəsində qiymətlər likvid əmlaklar üzrə (daha çox satılan mənzillər) ən aşağısı 10% enmişdir, qeyri-likvidlər üzrə isə daha çox, ən azı yəqinki 15%. ancaq orta hesabla enmə çox gümanki 12% olub. Qiymətləndirmələr fərqli ola bilər,

Fevralda qiymətlər dollar ifadəsində devalvasiya nəticəsində 25% endi (+33% faiz manatın məzənnəsinin düşməsi dollar qiymətini 25% azaldır). Və bu anda bazarda mövcud olan əksər “təklif” qiymətləri satıcılar tərəfindən artırıldı. Nəticədə bazarda təklif qiymətləri (bu termini real baş vermiş satış qiymətləri ilə səhv salmayı) orta hesabla 10% artırıldı (elə əmlaklar var idi ki, qiymətləri 25% qaldırılmışdır). Təklif qiymətləri reallıqdan uzaq olduğu üçün onlar mart ayının ortalarından du günə kimi düşməkdə davam edir. Yenədə söhbət real qiymətlərdən yox təklif qiymətlərindən gedir. Yəni mart və aprel ayında bazarda qiymətlərdə enmə həm manat, həmdə dollar ifadəsində müşahidə edilirdi və nəticədə demək olar ki, manat qiymətləri gəlib devalvasiyadan öncəki qiymətlərə yaxınlaşdı. Belə nəticəyə gəlmək olar ki, orta qiymət 2014-cü ilin pik həddindən dollar ifadəsində orta hesabla 30% ətrafında düşüb. Manat ifadəsində isə 6% enib. 2014-cü ilin ortalarında, yəni qiymətlərin pik həddində Bakı şəhərində yaxşı mənzillər (yaxşı təmirli və keyfiyyətli binalarda , mərkəz və mərkəzəyaxın zonada) Bakı şəhəri üzrə 2000 (2550 dollar) manatdan başlayıdrı (orta hesabla üzü 3000 manata kimi yüksəlirdi). Belə çıxır ki, 40% düşəndən sonra onların qiyməti orta hesabla 1530 dollar olmalıdır. Bu mümkündürmü? Hesab edək ki, mümkündür. Bəs onda aşağı keyfiyyət kateqoriyasına aid mənzillər necə kvadratı 1000-1200 dollara, mərkəzdən kənarda olan mənzillər 800-900 dollara düşəcək? Bunlar hamısı fantastik səslənir və mümkünlüyü azdır”.

O ki qaldı mayın 19-da paytaxtın “Azadlıq” prospektində yerləşən binanın yanmasının bazardakı qiymətlərə təsirinə, iqtisadçı deyir ki, bu hadisə qiymətlərə təsir etməyəcək: “Zəlzələdə də belə olmuşdu. Panika başladı və bitdi. Heç bir təsir olmadı. Bazarda qiymətlər onsuz da düşür, bu da başqa prosesin nəticəsidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm