Azərbaycan Avropa qaz bazarına hakim olur
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Avropa qaz bazarına hakim olur

2015-ci ilin birinci rübündə Norveç Qərbi Avropaya qazın çatdırılması həcmində Rusiyanı üstələyib.

Publika.az xəbər verir ki, bu barədə “The Local” nəşri yazıb.

Nəşr qeyd edir ki, bununla Avropa Birliyi Rusiya qazından imtina niyyətini rəsmiləşdirdi.

Halbuki, ötən il ümumi çatdırmalarda bir faiz azalma olsa da, Rusiya Avropa qaz bazarında hegemonluğunu qoruyurdu. Bu il isə Norveçin qaz çatdırmaları 34 faizdən 38 faizə qədər yüksəlib.

Mayın 22-də Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Avropa Azərbaycan qazını Avropaya çıxaracaq “Cənub Qaz Dəhlizi” layihəsinə bir daha dəstək ifadə etdi. Bu layihə Xəzər regionunun qazını Avropaya daşıyacaq.

Nəşr yazır ki, Rusiya Avropanın qaz bazarından təcrid olunur. Onun yerini başda Azərbaycan tutacaq. Gələcəkdə Türkmənistan və digər mənbələrdən də qaz çatdırmaları reallaşacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm