Bakıda torpağın qiymət CƏDVƏLİ
Bizi izləyin

Ekopublika.az

Bakıda torpağın qiymət CƏDVƏLİ

Aprel ayı bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Son ayda köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempinin azalma tendensiyası qeydə alınıb.

Publika.az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun Publika.az-a açıqlamasına görə, aprel ayında bazara təklif olunan ümumi 22,45 ha torpaq sahəsinin əksər payını boş torpaq sahələri təşkil edib: “Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi torpaq bazarında formalaşan passiv tendensiya əsasən ölkədə baş verən iqtisadi gedişatların təsiri ilə bağlı olub. Daşınmaz əmlak bazarının aktivliyinin aşağı olmasıına uyğun olaraq, torpaq bazarında təklif portfelinin həcmində son ayda azalma müşahidə edilib”.

Ekspert bildirir ki, bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,8% artaraq 187 günə catıb: “Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nətiçəsində meydana cıxıb.Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub. Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım müşahidə olunub. Ay ərzində bazara cıxarılan 1 sot torpağın orta qiyməti 1.38% artaraq 15844 $/sot səviyyəsindən 16062 $/sot səviyyəsində qərarlaşıb.

Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən cox olsa da, qiymət artımı da daha cox I və II zonalarda qeydə alınıb. Müvafiq olaraq 2.46% və 2.38%, qiymət azalması isə III zonada qeydə alınıb, -2.09%. Ən cox qiymət artımı isə Binəqədi (10,6%) və Qaradağ (13,5) rayonlarında qeydə alınıb. Ümumilikdə şəhərdə torpaq üzrə qiymətlərinin yüksək səviyyəyə qalxması, əsasən də I və II zonalarda tələbin aşağı düşməsinə və bazarda aktivliyin azalmasına səbəb olub. Qiymətin bu qədər yüksək olmasına başlıca səbəb isə bu ərazilərdə təklif olunan torpaq sahələrinin qıtlığını göstərmək olar”.

N.İbrahimovun sözlərinə görə, ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, H.Əliyev (İnqilab) küçəsində (230 000 $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda, Ləhiş qəsəbəsində (760 $/sot) qеydə alınıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm