I Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər
Bizi izləyin

Ekopublika.az

I Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər

“Bu gün Bakı, sözün əsl mənasında, Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtına çevrilib”.

Publika.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımov deyib. “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyəti və gətirəcəyi dividendlərə toxunan E.Qasımov qeyd edib ki, beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycan dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla ev sahibliyi edib: “Ümumiyyətlə, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən zaman Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olub.“Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyətini, gətirəcəyi dividendləri diqqətə çatdırmaq üçün bir sıra məqamlara toxunmaq istəyirəm. İlk növbədə, birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bu baxımdan, birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir”.

Rektor qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti daha böyükdür:

“Ölkəmiz geniş turizm potensialına malikdir, respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yüksək səviyyəli turistyerləşdirmə obyektləri istifadəyə verilib. Yarışlar zamanı ölkəmizə gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır. Güman olunur ki, birinci Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən böyük məbləğdə vəsait əldə etmək mümkün olacaq. Yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin xərcləyəcəyi vəsaitlə məhdudlaşmayacaq. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar. Birinci Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər.Beləliklə, birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Eyni zamanda, bu Oyunlar Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm