İcbari sığorta üzrə 93,647 müqavilə qeydiyyata alınıb
Bizi izləyin

Ekopublika.az

İcbari sığorta üzrə 93,647 müqavilə qeydiyyata alınıb

May ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93,647 müqavilə qeydiyyata alınıb.

Publika.az İcbari Sığorta Bürosuna istinadən bildirir ki, bunların 14,790-nı xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,9 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1%, sığorta haqlarının məbləğində isə 6% artım müşahidə edilib.

2015-ci ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 397 min sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə sığorta haqları 30,1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14,5%, sığorta haqlarının məbləğində isə 19,7% artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm