İkimərtəbəli qatarlar necə istifadə olunacaq? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

İkimərtəbəli qatarlar necə istifadə olunacaq? - RƏSMİ AÇIQLAMA

“İkimərtəbəli qatarlar Bakı-Sumqayıt istiqaməti nəzərdə tutulub. Lakin hələlik Avropa Oyunları ərzində Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında hərəkət edərək sərnişinləri, turistləri və idmançıları aparıb gətirəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı KİSS markalı ikimərtəbəli elektrik qatarı ilə bağlı danışarkən bildirib. N.Əzməmmədovun sözlərinə görə, Avropa Oyunlarından sonra ikimərtəbəli qatarlar Bakı-Sumqayıt istiqamətində işləyəcək. Qatarlarda gedişhaqqının nə qədər olacağı isə hələlik məlum deyil: “Qiymətlərin nə qədər olacağına hələ baxılacaq. Həm də bunu biz müəyyən etmirik”. QSC mətbuat katibinin sözlərinə görə, qatarların istifadəyə veriləcəyi tarix konkretləşməyib.

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə Azərbaycan Dəmir Yolları QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ədəd ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb. Artıq ikimərtəbəli qatarlardan biri dünən Bakıya gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm