SOCAR-ın xaricdə ilk hasilat layihəsi reallaşa bilər
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın xaricdə ilk hasilat layihəsi reallaşa bilər

Azərbaycan və İraq İraqda neft-qaz layihələrinin birgə inkişafına dair razılığa gəliblər.

Publika.az-ın məlumatına görə, bu barədə Energetika Nazirliyinin saytında məlumat verilir. Bildirilir ki, energetika naziri Natiq Əliyev İraqın neft naziri Adil Abdulmahdi ilə görüşüb. Azərbaycanlı nazir görüşdə qeyd edib ki, hər iki ölkənin malik olduğu zəngin enerji ehtiyatları ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bununla yanaşı, nazir qeyd edib ki, imzalanan memorandum gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq.

N.Əliyevin sözlərinə görə, iki ölkə arasında qarşılıqlı münasibətlər yalnız enerji sahəsi ilə məhdudlaşmamalıdır, həm də müxtəlif sahələrdə genişlənməlidir. İmzalanan sənəd isə bu cür imkan yaradır.

A.Abdulmahdi Azərbaycanda neft-qaz sahəsində tətbiq olunan yenilikləri yüksək qiymətləndirib. O məlumat verib ki, İraq OPEK ölkələri arasında neft hasilatı həcmləri üzrə 2-ci yeri tutur və hasilat həcmini daha da artırmağı planlaşdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm