“Qazprom” pul qazanmağın yolunu tapdı
Bizi izləyin

Ekopublika.az

“Qazprom” pul qazanmağın yolunu tapdı

Rusiyaya qarşı maliyyə sanksiyaları daha çox “Qazprom”a mənfi təsir edib.

Publika.az xəbər verir ki, şirkət çarəni qaya neftində tapıb və strategiyasına dəyişiklik edib. “Qazprom” Liqroin və Qərbi Sibirdə 2018-ci ildən başlayaraq gündəlik 40 min barel qaya nefti istehsal edəcək.

Onu da deyək ki, Qərbin neft şirkətlərindən bu mövzuda dəstək ala bilməyən “Qazprom” üzünü Çinə çevirib.

İki ölkə qaya neftinin çıxarılmasında texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Bundan əlavə Rusiya təbii qazının Çinə çata bilməsi üçün lazım olan boru xəttinin inşaası nəzərdə tutulub. İki ölkə arasında 2014-cü ildə imzalanan razılaşmaya görə boru xətti sayəsində 2019-cu ildən etibarən Çinə ildə 38 milyard kub metr təbii qaz ötürüləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm