İstehsalatda ölənlərin sayı açıqlandı
Bizi izləyin

Ekopublika.az

İstehsalatda ölənlərin sayı açıqlandı

May ayında istehsalatda ölənlərin sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Publika.az-a ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb. Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq, qanunauyğun tədbirlər görülüb.

Ümumən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm