MDB ölkələri üzrə sərnişindaşıma tarifləri bahalaşıb
Bizi izləyin

Ekopublika.az

MDB ölkələri üzrə sərnişindaşıma tarifləri bahalaşıb

May ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb.

Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşıb. Digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalıb. Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri dəyişməyib.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm