Ən yüksək əməkhaqqı hansı sahədədir?
Bizi izləyin

Ekopublika.az

Ən yüksək əməkhaqqı hansı sahədədir?

Yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz artaraq 16,2 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 1702,4 manat təşkil edərək 4,5 faiz artıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində gəlirlərin 73,9 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 14,0 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamda qalan gəlirləri 14,6 milyard manat təşkil edib. Əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox olub.

Əmək haqqına gəlincə, 2015-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artaraq 452,3 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1968,9 manat, qeyri-neft sektorunda 414,8 manat, dövlət bölməsində 350,6 manat, özəl bölmədə 595,1 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm