Mərkəzi Bank uçot stavkasını endirdi
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank uçot stavkasını endirdi

Rusiya Mərkəzi Bank faiz nisbətində yenidən dəyişikliyə gedib.

Publika.az xəbər verir ki,Mərkəzi Bank dərin bir böhrandan keçən ölkə iqtisadiyyatına dəstək üçün uçot dərəcəsini 11,5 faiz səviyyəsinə endirib. Dekabrda Mərkəzi Bank neftin qiymətinin ucuzlaşması səbəbindən rublun dəyər itkisini maneə törətmək üçün uçot stavkasını 6,5 faizdən 17 faizə yüksəldilmişdi.

Xatırladaq ki, ilin əvvəlindən uçot stavkası 4 dəfə aşağı endirilib. Amma rubl bu siyasətə reaksiya verməyib. İllik inflyasiya nisbəti may ayında 15,8 faiz qeydə alınıb.

Onu da bildirək ki, neftin qiymətinin düşməsi, Ukrayna böhranı səbəbindən ölkə iqtisadiyyatının bu il 3,2 nisbətində daralması gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm