Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ
Bizi izləyin

Ekopublika.az

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ

“2015-ci ilin sonunda neftin qiyməti hər barrelə görə 60-65 dollar arasında dəyişəcək”.

Publika.az “İTAR-TASS”-a istinadən xəbər verir ki, Peterburq beynəlxalq İqtisadi Forumunda “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da yaxın 2-3 il ərzində neftin qiymətinin təxminən 65 dollar olacağını bildirmişdi.

“Lukoil” prezidenti avrobondlarla bağlı planlarını da açıqlayıb: ““Lukoil” avrobondların yerləşdirilməsini analiz edir. Amma hələ bazar buna hazır deyil”.

O qeyd edib ki, şirkət təkcə neft bazarında vəziyyətə nəzarət etmir, həm də sanksiyaları - onların güclənməsi və zəifləməsini də təhlil edir. V. Ələkbərovun sözlərinə görə, şirkət gələn il bazara çıxa bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm