"Bolkart" bazarı tərk etmir, yenilənir
Bizi izləyin

Ekopublika.az

"Bolkart" bazarı tərk etmir, yenilənir

2011-ci ildə müştərilərin xidmətinə verilən "Bolkart" yenilənir.

Bankdan Publika.az-a verilən məlumata görə, hazırda yenilənmə ilə əlaqədar "Bolkart"ın verilməsi və limit artımı dayandırılıb. Tezliklə müştərilərə yeni "Bolkart" təqdim ediləcək. Yeni kartlar hazırkı kartlardan həm dizaynına, həm də funksionallığına görə fərqlənir.

***

2011-ci ildə müştərilərin xidmətinə verilən “Bolkart” bazarı tərk edir.

Publika.az xəbər verir ki, “Bank of Baku” bu kredit kartı üzrə bütün əməliyyatları dayandırıb. Belə ki, bank yeni müştərilərə “Bolkart” təqdim etmir, kartın istifadə müddətini artırmır.

Bankdan verilən məlumata görə, ”Bolkart”la alış-veriş etmək, ödəniş aparmaq mümkün olmayacaq.

Qeyd edək ki, 2014-cü ilə olan məlumata əsasən, “Bolkart” istifadəçilərinin sayı 200 min nəfər olub. Bu kart 1000-dən çox obyektdə keçərli idi. Balans 300-5000 manat arasında dəyişirdi. İstifadə müddəti isə 36 ay idi. Yeni bazara buraxıldığı zamanlarda hətta arayışsız təqdim edilirdi. Faiz dərəcəsinə görə digər ödəniş kartlarından daha bahalı kart hesab olunurdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm