Ekopublika.az
Mərkəzi Bank haqqında qanuna dəyişiklik nə vəd edir? – Açıqlama
Azərbaycan Prezidenti Mərkəzi Bankı haqqında qanuna edilən dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.
Son dəyişikliyi Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, valyuta ehtiyatlarının məbləğinin azalacağı halda sözügedən bankın qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb etmək istəyi ilə bağlıdır: “Yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur. Çünki, əvvəlki qaydalara əsasən, Mərkəzi Bank ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asıllığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank, demək olar, sərbəst olacaq. Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq. Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır”.
İqtisadçı deyir ki, əvvəllər Mərkəzi Bankın aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Bunun icrası üçün konkret mexanizmlər yox idi: “İndi Mərkəzi Bank qiymətli kağızlar vasitəsi ilə borclanacaq. Nəticədə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Nəzərə alsaq ki, Mərkəzi Bankın kapital çatışmazlığı sözügedən bankın balansında olan xarici valyutada aktivlərin və ya qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan məzənnə fərqi ilə bağlı olur, bu, o deməkdir ki, Mərkəzi Bank daxili borclanmağa gedəcək. Bu dəyişiklikliyin müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, bu, dövlət vəsaitlərinin qənaət edilməsinə imkan verəcək. Çünki əvvəllər dövlət büdcəsi planlaşdırılan zaman Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı halda dövlətdən həmin vəsait alınırdı. Yeni qaydalar isə daxili borclanma hesabına həmin çatışmazlığı ödəməyə imkan verəcək”.
İqtisadiyyat şöbəsi
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO