Azərbaycanda Orqanik Kənd Təsərrüfatı üzrə Sənədləşmə Mərkəzi yaradılacaq
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda Orqanik Kənd Təsərrüfatı üzrə Sənədləşmə Mərkəzi yaradılacaq

Azərbaycan Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi ilə bağlı müqavilə imzalanıb.

Növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların aparılmasından ibarətdir. Bundan başqa mövcud qanunvericiliyin və institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və sertifikatlaşdırma sisteminin təşkil edilməsidir.

Eyni zamanda, layihə çərçivəsində Orqanik Kənd Təsərrüfatı üzrə Sənədləşmə Mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə tutulur.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin qorunmasına öz töhfəsini vermiş olacaq. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm