"Aqrolizinq"in iki filialında nöqsanlar aşkarlandı
Bizi izləyin

Ekopublika.az

"Aqrolizinq"in iki filialında nöqsanlar aşkarlandı

Masallı, Salyan Aqroservis filiallarında və Güzdək qoyunçuluq təsərrüfatında aparılan auditlər zamanı aşkar olunan qanun pozuntuları barədə materiallar Baş Prokurorluğa göndəriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin müvafiq əmrlərinə əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.

Auditin nəticələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm