51 sahibkara 571 min manat güzəştli kredit verilib
Bizi izləyin

Ekopublika.az

51 sahibkara 571 min manat güzəştli kredit verilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunun Xocavənd kəndində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunun Xocavənd kəndində keçirib.

100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin bütünküklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxışlarında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, ölkənin digər regionları kimi, Ağcabədidə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildiriblər.

SKMF-nun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2014-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 22,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7442 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,7 milyon manat güzəştli kredit ayrılmış, digər sahələrlə yanaşı, kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş kreditlər hesabına investisiya layihələrinin maliyyələşdirilməsi 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Xocavənd kəndində keçirilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkara 571 min manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində, həmçinin Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kredit ayrılmış ildə 3,1 min ton keçi südü istehsal edən 2000 başlıq müasir cins heyvandarlıq təsərrüfatının fəaliyyətinə və Ağcabədi şəhərində ildə 7,3 min ton çörək istehsal etmək gücünə malik müasir çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm