SOCAR Rumıniyaya qoyduğu investisiyanın həcmini artıracaq
Bizi izləyin

Ekopublika.az

SOCAR Rumıniyaya qoyduğu investisiyanın həcmini artıracaq

SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Rumıniya hökuməti və ASPEN İnstitutunun birgə təşkilatçılığı ilə hər il keçirilən Buxarest Enerji Forumu-2015-də iştirak edib.

Publika.az şirkətə istinadən xəbər verir ki, “Regional Qovşaqların maliyyələşdirilməsi” mövzusuna həsr olunan panel müzakirələrdə çıxış edən Vitali Bəylərbəyov Azərbaycan neft sənayesinin tarixi və ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyası barədə iştirakçılara ətraflı məlumat verib. O, Cənub Qaz Dəhlizi layihəsi üzrə aparılan işlər və AGRİ layihəsində iştirak edən dövlətlərin iyunun 24-də imzaladığı Birgə Bəyannaməyə də toxunub. Bu layihələrin Azərbaycan və region ölkələri üçün əhəmiyyətini qeyd edib.

O çıxışında həmçinin SOCAR-ın Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə və digər ölkələrdə reallaşdırdığı layihələrdən, şirkətin Rumıniyadakı fəaliyyətindən söz açıb. 2015-ci il də daxil olmaqla sərmayələrin həcminin hər il artacağını və şirkətin Rumıniyaya qoyduğu investisiyanın Azərbaycan höküməti tərəfindən tam dəstəkləndiyini bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm