SOCAR-ın gəlirləri 39 mlrd 674 mln manat olub
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın gəlirləri 39 mlrd 674 mln manat olub

2014-cü ildə SOCAR-ın xalis mənfəəti 1 mlrd. 274 mln. manat təşkil edib.

Publika.az xəbər verir ki, bu da 2013-cü ilin göstəricisindən 30,4 % çoxdur. Ötən il SOCAR-ın gəlirləri 39 mlrd. 674 mln. manat olub. 2014-cü ildə şirkət əməliyyat fəaliyyətindən 1 mlrd. 798 mln. manat (artım 8,9%) mənfəət əldə edib. Ötən il şirkətin dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmaları 465 mln. manat (artım 4,7%) təşkil edib. Cari ilin əvvəlinə isə SOCAR-ın uzunmüddətli öhdəlikləri 6 mlrd. 119 mln. manat (artım 24,7%), cari öhdəlikləri 6 mlrd. 891 mln. manat (azalma 12,9%) təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm