Beynəlxalq Valyuta Fondundan Ermənistan üçün bədbin proqnoz - FOTO
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Valyuta Fondundan Ermənistan üçün bədbin proqnoz - FOTO

Beynəlxalq Valyuta Fondu Ermənistan üçün bədbin proqnozlar açıqlayıb.

ANS PRESS erməni mediasına istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Mərkəzi Asiya və Yaxın Şərq departamentinin direktoru Məsud Əhməd açıqlamasında bu il Ermənistanda iqtisadi artımın olmayacağını bildirib:

"Bu il Ermənistan iqtisadiyyatında ümumiyyətlə artım olmayacaq, il 0 faiz artımla yekunlaşacaq".



BVF nümayəndəsinin sözlərinə görə, Ermənistanda 2009-ci il dünya maliyyə-iqtisadi böhranının fəsadları hələ də hiss olunur: "Hazırda isə Ermənistan iqtisadiyyatında Rusiyada iqtisadi böhranın mənfi təsiri altında itkilər verir, xarici transfertlər və ixrac azalıb".



M.Əhməd qeyd edib ki, əgər Ermənistan iqtisadi inkişafı təmin etmək istəyirsə, böyük həcmdə investisiyalar cəlb etməlidir:

"Üstəlik, investisiyalar daxili vəsaitlər hesabına olmalıdır".



Oxumağa davam et
Reklam
Reklam

Gündəm