Banklarda əmanətlərin həcmi azalıb
Bizi izləyin

Ekopublika.az

Banklarda əmanətlərin həcmi azalıb

İyunun 1-i tarixinə Azərbaycan əhalisinin banklarda olan əmanətləri 7601.1 mln manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən məlumat verir ki, 1 ay ərzində banklarda olan əmanətlər 116.1 mln manat, yəni 1.5% azalma müşahidə olunub.

Hesabat dövrünə bankların kredit qoyuluşu da azalıb. Bir ay ərzində kredit qoyuluşu 127.2 mln manat azalıb. Son statistikaya əsasən hazırda ölkə banklarının kredit qoyuluşu 19877.6 mln manat təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm