Üç güləşçimiz qızıl üçün savaşacaq
Bizi izləyin

İslamiada

Üç güləşçimiz qızıl üçün savaşacaq

Ffinala vəsiqə qazanıb.

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Kairatbek Tuqolbaev olub.

Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

E.Mürsəliyevə qədər iki güləşçimiz - İslam Abbasov (85 kq) və Kamran Məmmədov (66 kq) da finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm