İslamiada: Voleybol yığmamız çempion oldu - - FOTOLAR
Bizi izləyin

İslamiada

İslamiada: Voleybol yığmamız çempion oldu - - FOTOLAR

Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Publika.az xəbər verir ki, finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.

İslam Həmrəyliyi Oyunları
Voleybol, qadınlar
Final

Azərbaycan – Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

Bürünc medal uğrunda oyun
Tacikistan – Qırğızıstan - 0:3 (10:25, 12:25, 16:25)

Foto: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm